Müəllim / Elektronika Mühəndisi / Embedded Proqramçısı

Nizami Kəlbəliyev

Həm fərdi layihələr, həm də şirkətlər üçün elektronika və proqramlaşdırma sahəsində innovativ həllər hazırlayıram, eləcə də bu sahəni tədris edirəm.

Bizə mesaj göndərin.

    ƏLAQƏ MƏLUMATLARI

    Həsən bəy Zərdabi 202A,
    Bakı AZ1122

    info@embedded.az
    nizamikalbaliyev@gmail.com

    Sizə necə kömək edə biləcəyimizlə bağlı suallarınız varsa, email göndərin və biz qısa zamanda sizinlə əlaqə saxlayacağıq.

    HAQQIMDA BİRNEÇƏ SÖZ

    Haqqımda

    Mən, Nizami Kəlbəliyev, 16 aprel 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. 2009–2013-cü illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışam. Universitet illərindən etibarən elektronika və proqramlaşdırma sahələrinə böyük maraq göstərmiş, bu istiqamətdə həm nəzəri, həm də praktiki bacarıqlarımı davamlı şəkildə inkişaf etdirmişəm.

    Təhsilimdən sonra fəaliyyətim əsasən elektronika mühəndisliyi, mikrokontroller əsaslı sistemlər, PCB dizaynı, embedded proqramlaşdırma, embedded sistemlər – masaüstü tətbiqlər və server əlaqəsi, IoT texnologiyaları və tədris fəaliyyəti sahələrini əhatə edib.

    Peşəkar Təcrübəm

    Fəaliyyətim boyunca həm dövlət, həm də özəl sektorda müxtəlif texnoloji layihələrin hazırlanması, tətbiqi və tədrisi ilə məşğul olmuşam. Aşağıdakı iş yerlərində çalışmışam. Bu müddət ərzində müxtəlif sektorlar üçün xüsusi texnoloji həllər, cihazlar və avtomatlaşdırma sistemləri hazırlamışam. Layihələrim arasında sənaye nəzarət sistemləri, GPS izləmə cihazları, radiasiya yönümlü cihazların modernizasiyası, sərgi cihazları, oyun sistemləri və digər innovativ həllər var.

    2018

    Sumaks Technologies

    Elektronika mühəndisliyi üzrə təcrübə proqramı

    2019-2020

    NRYTN - Məlumat Hesablama Mərkəzi

    Elektronika mühəndisi

    2020–2021

    MAS MMC - Hytera-Azərbaycan

    Elektronika mühəndisi

    2021-2023

    "Code and More" Təqaüd Proqramı

    Elektronika təlimçisi

    2023 ---

    RİNN - İRİA - Nüvə Tədqiqatları Departamenti

    Elektronika mühəndisi

    2024 ---

    Innoway Education Center

    Mikrokontroller proqramlaşdırması üzrə müəllim

    Tədris və Maarifləndirmə Fəaliyyətim

    Uzun müddətdir ki, həm də tədris və maarifləndirmə fəaliyyəti ilə məşğulam:

    • Innoway Education Centre-də artıq 1 ildir ki, mikrokontroller proqramlaşdırması üzrə tədris verirəm

    • Öz platformam olan edu.embedded.az vasitəsilə online elektronika, PCB dizaynı və embedded proqramlaşdırma kursları təşkil edirəm

    • YouTube, instagram, tiktok və digər sosial şəbəkələrdə və eləcə də embedded.az saytının blog səhifəsində elektronika və proqramlaşdırma mövzularında maarifləndirici videolar və məqalələr paylaşaraq bu sahəyə marağı artırıram

    Texniki Bacarıqlarım

    Proqramlaşdırma:

    • C və C++ dili (Embedded C)
    • Arduino IDE
    • STM32 (CubeIDE, Keil, TrueStudio)
    • Python, Node.js, Flutter (Mobil prqramlaşdırma) - Orta səviyyə

    Elektronika:

    • Altium Designer (PCB Dizayn)
    • KiCad (PCB Dizayn)
    • EasyEDA (PCB Dizayn)
    • Proteus, Multisim (Simulyasiya və Test)

    Linux sistemlər və Single-Board Kompüterlər:

    • Raspberry Pi, Orange Pi, Armbian, Debian, Raspberry Pi OS
    • Single-board komputerlər və GPIO əsaslı tətbiqlər.

    AI - Süni İntellekt:

    • Süni intellektin embedded sistemlərlə və masaüstü tətbiqlərlə inteqrasiyası.
    • Süni intellektin özəl IoT cihazlarına inteqrasiyası (OpenAI, Google Gemini və.s API ləri)

    3D modelləmə və mexaniki dizayn:

    • Autodesk Fusion360 - 3D modelləmə.
    • 3D printerlərlə prototiplərin hazırlanmas

    Təcrübə Sahələrim

    Elektronika və proqram təminatı sahəsində ixtisaslaşmış mütəxəssis kimi embedded sistemlər, mikrokontroller proqramlaşdırması və real vaxt əsaslı rabitə protokolları üzərində geniş təcrübəyə malikəm. İllər ərzində Arduino (AVR),  STM32 (ARM Cortex-M), ESP və.s. mikrokontrollerlər ilə çalışaraq müxtəlif tipli sensor və aktuatorlarla işləyən funksional cihazlar hazırlamışam. Bu sistemlərdə UART, SPI, I2CRS-485, CAN bus və.s kimi əlaqə protokollarından səmərəli şəkildə istifadə edirəm.

    Əlaqəli texnologiyalar çərçivəsində GSM və GPS modulları, MQTT əsaslı IoT rabitəsi, müxtəlif sensor və aktuator inteqrasiyası ilə real vaxtda məlumat toplama və uzaqdan idarəetmə sistemləri qururam. Hər bir elektronik layihə üçün dövrə sxemləri hazırlayır və Altium Designer, KiCad,  EasyEDA və.s kimi proqramlardan istifadə edərək peşəkar PCB dizaynları edirəm. Dövrələrin ilkin sınaqları üçün ProteusMultisim simulyasiya mühitlərindən istifadə edir, mexaniki strukturlar və cihaz korpuslarını isə 3D çap texnologiyası ilə hazırlayıram .

    Raspberry Pi, Orange PiArmbian kimi Linux əsaslı sistemlər üzərində işləyir, bu platformalarda cihazların konfiqurasiyası, paketlərin quraşdırılması, şəbəkə ayarlarının aparılmasıGPIO pinləri üzərindən sensor/aktuatorların idarə olunması üzrə təcrübəyə malikəm. Həmçinin bu sistemlərdə Python və digər dillərdən istifadə edərək tətbiqlər hazırlayır, UART, I²C, SPI və digər interfeyslərlə cihazlar arasında məlumat mübadiləsini həyata keçirirəm.

    Proqram təminatı sahəsində Python dilində müxtəlif məqsədli desktop tətbiqləri (proektə uyğun xüsusi komputer proqramları) hazırlayıram və bu tətbiqləri Arduino və digər cihazlarla serial (UART) əsaslı qarşılıqlı əlaqə üçün optimallaşdırıram. Bu sistemlər üzərindən cihazın real vaxtda idarəsi və məlumat vizuallaşdırılması təmin olunur.

    Bundan əlavə, Node.js platformasında MQTT broker və klient tətbiqləri yazaraq IoT sistemlərinin arxitekturasını qururam. Bu sistemlərdə WebSocket texnologiyası ilə real-time məlumat axını və istifadəçi interfeysləri üçün MongoDB verilənlər bazası inteqrasiyası da həyata keçirirəm.

    Frontend səviyyəsində HTML, CSSJavaScript üzrə əsas anlayışlara sahibəm və bu biliklərdən interfeyslərin hazırlanması dashboardların vizual qurulmasında istifadə edirəm.

    Mobil tərəfdə isə KotlinFlutter dilləri ilə Android tətbiqləri hazırlayacaq qədər biliklərə malikəm. Bu tətbiqlər vasitəsilə Arduino və digər sensor əsaslı sistemlərdən məlumat oxunması və idarəetmə funksiyalarını mobil platformaya daşıyıram. Beləliklə, istifadəçilər cihazlara mobil telefon üzərindən sürətli və rahat şəkildə müdaxilə edə bilirlər.

    Hazırda aşağıdakı istiqamətlərdə xidmətlər göstərirəm.

    Xidmət istiqamətləri

    Texnologiyanın inkişafına töhfə vermək, yeni nəsil mütəxəssislər yetişdirmək və innovativ həllərlə real problemləri aradan qaldırmaq hədəflərimdən biridir. Həm cihaz, həm proqram, həm də təlim sahəsində praktik və etibarlı həllər axtarırsınızsa, mənimlə əlaqə saxlamaqdan çəkinməyin.

    Geri bildirim və rəylər

    Əldə Etdiyim Nəticələr, Paylaşılan Fikirlər

    "Hər hansı bir səbəbdən narazı qalan müştəri bir problemdir, amma səbəbini özü də tam olaraq izah edə bilməyən narazı müştəri daha böyük problemdir"

    Əməkdaşlıq üçün əlaqə formu.

    Elektronika, proqramlaşdırma, tədris və ya layihə yönümlü əməkdaşlıqlar üçün mənimlə işləmək istəyirsinizsə, aşağıdakı formu doldura bilərsiniz, və ya zəng edə bilərsizin. +994514111312

    Bizə mesaj göndərin.

      ƏLAQƏ MƏLUMATLARI

      Həsən bəy Zərdabi 202A,
      Bakı AZ1122

      info@embedded.az
      nizamikalbaliyev@gmail.com

      Sizə necə kömək edə biləcəyimizlə bağlı suallarınız varsa, email göndərin və biz qısa zamanda sizinlə əlaqə saxlayacağıq.