🛒 Arduino, ESP32 və modullar
Xidmətlər

Embedded.az hansı xidmətləri təqdim edir?

Elektronika və mikrokontroller sahəsində geniş xidmətlər: elektronika təmiri, Arduino, sensor və modulların satışı, şirkətlərə texniki dəstək, fərdi freelance layihələr və müxtəlif səviyyələrə uyğun online dərslər.

Hamısına bax
Nümunə layihələr
Təmir2-5 gün

Sənaye Kontrolleri Təmiri

PLC, VFD və sənaye kontroller platalarını komponent səviyyəsində bərpa edirik. Osilloqraf və logic analyzer ilə diaqnostika, yanmış güc kaskadının dəyişimi, sınaqdan sonra 1 ay zəmanət.

PLCVFDOsiloskopKomponent səviyyəsi

Son xəbərlər

Hamısına bax
Lazer qızdırma ilə optik izolyatorların birbaşa silikon fotonika çipinə inteqrasiyası

Lazer qızdırma ilə optik izolyatorların birbaşa silikon fotonika çipinə inteqrasiyası

Kyocera və Tohoku Universiteti lazer qızdırma ilə optik izolyatoru silikon fotonika çipinə zədələmədən inteqrasiya etməyin yolunu tapıb.

📰 13 sen
Arduino VENTUNO Q ilə daha ağıllı mobil robotlar qurmaq

Arduino VENTUNO Q ilə daha ağıllı mobil robotlar qurmaq

Linux + MCU birləşməli Arduino VENTUNO Q, ROS 2, Edge AI və real-time mühərrik idarəsini bir platada toplayaraq AMR robotların qurulmasını xeyli sadələşdirir.

📰 13 sen
Mif sındırma: FPGA-lar yalnız “yüksək səviyyəli” tətbiqlər üçün deyil

Mif sındırma: FPGA-lar yalnız “yüksək səviyyəli” tətbiqlər üçün deyil

Forumlarda tez-tez yazılır ki, FPGA yalnız 5G modemlər, video emalı, HFT kimi ultra mürəkkəb sistemlər üçündür. Bu fikir haradan yaranıb və niyə artıq reallığa uyğun gəlmir?

📰 13 sen
Apple A20 Pro: 2 nm prosessorlu iPhone 18 Pro və ilk qatlana bilən iPhone Duo

Apple A20 Pro: 2 nm prosessorlu iPhone 18 Pro və ilk qatlana bilən iPhone Duo

Apple-ın ilk 2 nm A20 Pro SoC-i həm iPhone 18 Pro seriyasını, həm də yeni qatlana bilən iPhone Duo modelini gücləndirir.

📰 11 sen
Nikola Tesla: Dəyişən cərəyanla dünyanı yenidən naqilləyən dahı

Nikola Tesla: Dəyişən cərəyanla dünyanı yenidən naqilləyən dahı

Nikola Tesla yalnız romantikləşdirilmiş dahi obrazı deyil. Onun dəyişən cərəyan, çoxfazalı sistemlər və induksiya mühərrikləri üzərində işi olmasaydı, bu gün istifadə etdiyimiz elektrik şəbəkələri, mühərriklər və hətta bir çox embedded tətbiq tam başqa cür görünərdi.

📰 09 sen
Batman şəhərində TEKNOFEST Drone Çempionatının ikinci mərhələsi başa çatdı

Batman şəhərində TEKNOFEST Drone Çempionatının ikinci mərhələsi başa çatdı

Batman Atletika Stadionunda keçirilən TEKNOFEST Drone Çempionatının ikinci mərhələsi tamamlandı, finala yüksələn ilk 16 pilot müəyyənləşdi.

📰 08 sen
11-ci Türksat Model Peyk Yarışmasında 15 komanda final uçuşuna hazırlaşır

11-ci Türksat Model Peyk Yarışmasında 15 komanda final uçuşuna hazırlaşır

9 ölkədən 302 komanda arasından seçilən 15 finalçı Aksaray Hisar Atış Meydanında stabilizasiyalı model peyklər, Z.I.R.H rabitəsi və IoT telekomut missiyaları ilə mübarizə aparacaq.

📰 08 sen
Avropanın ilk tam kommersiya orbital raketi: Isar Aerospace Spectrum orbitə çıxdı

Avropanın ilk tam kommersiya orbital raketi: Isar Aerospace Spectrum orbitə çıxdı

Almaniyanın Isar Aerospace şirkəti iki mərhələli Spectrum raketi ilə Avropadan ilk tam kommersiya orbital buraxılışını həyata keçirdi.

📰 08 sen
Nizami Kəlbəliyev
Haqqımda

Nizami Kəlbəliyev

Mən Nizami Kəlbəliyev, Embedded.az platformasının qurucusu və fizika ixtisaslı, elektronika və proqramlaşdırma sahəsində ixtisaslaşmış mühəndisəm. STM32, Arduino və digər mikrokontrollerlər ilə işləyir, xüsusi layihələrə uyğun dövrə dizaynı, PCB hazırlığı, proqramlaşdırma və test proseslərini tam şəkildə həyata keçirirəm.

Altium Designer, KiCad, Proteus kimi mühəndislik alətlərindən istifadə edərək layihələrin dövrə kartlarını peşəkar səviyyədə dizayn edirəm. GPS izləmə sistemləri, ağıllı cihazlar, sensor inteqrasiyası, IoT və s. sahələrdə real layihələr üzərində çalışmışam. Həmçinin, bu sahələri tədris edirəm. Dizayn işi ilə yanaşı komponent səviyyəsində elektronika təmiri ilə də məşğulam — sənaye kontrollerlərindən (PLC, VFD) tibbi avadanlığa, notebook anakartından kombi platasına qədər.

Hazırda nüvə sahəsində radiasiya ölçən cihazların modernizasiyası ilə məşğul olur, freelancer olaraq həm şirkətlərə, həm də fərdi layihələrə texniki həllər təklif edirəm.

Daha çox öyrən
Suallar

Tez-tez verilən suallar

Bizə güvənənlər

Tərəfdaşlarımız

INNOWAYSUMAKSIBOXCODE & MOREAZERIZONEVirtualATS.AZ