Yüklənir...
Yüklənir...
STM32, ESP32 və Arduino firmware yazılması — bare-metal C/C++, FreeRTOS, Zephyr. Sensor inteqrasiyası, aşağı enerji sərfiyyatı, bootloader və OTA yeniləmə.
Tipik layihə:Sənsor-əsaslı IoT cihaz· 3–8 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
STM32, ESP32, Arduino, Raspberry Pi ilə mikrokontroller proqramlaşdırması. FreeRTOS, Zephyr, bare-metal C/C++, low-power dizayn. Bootloader, OTA firmware yeniləmə, secure boot.
Firmware cihazın xarakterini müəyyən edir: eyni plata düzgün yazılmış kodla illərlə batareyada işləyir, səhv yazılmışla bir həftəyə boşalır. Ona görə işə arxitekturadan başlayırıq — hansı hadisə nə vaxt baş verir, prosessor nə vaxt yatır, məlumat harada saxlanılır.
STM32 (Cortex-M0/M4/M7), ESP32, nRF və RP2040 ilə işləyirik. Real vaxt tələbi olan yerlərdə FreeRTOS və ya Zephyr, sadə və çox aşağı enerjili cihazlarda bare-metal C. Sensorlar I2C, SPI, UART və CAN üzərindən qoşulur; sənaye cihazlarında Modbus tez-tez tələb olunur.
Sahəyə çıxan cihazda ən vacib iki şey yeniləmə və təhlükəsizlikdir. Bootloader və OTA quraşdırırıq ki, minlərlə cihaza yeni firmware uzaqdan gedə bilsin, secure boot və kod imzalanması ilə isə cihaza kənar firmware yüklənməsinin qarşısı alınır.



Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.