🛒 Arduino, ESP32, sensorlar və modullar — Embedded.az Mağaza
Ana Səhifə/Xidmətlər
Mühəndislik Xidmətləri

Elektronika və Proqramlaşdırma Xidmətləri

Elektronika və proqramlaşdırma sahəsində şirkətlər və fərdi şəxslər üçün xüsusi cihazlar, idarəetmə qurğuları və ağıllı sistemlərin hazırlanması. Prototipləmə, PCB dizaynı, mikrokontroller proqramlama və texniki dəstək daxil olmaqla fərdi və korporativ layihələr üçün tam uyğun mühəndislik həlləri.

Embedded SistemlərIoTPCB DizaynıR&DKonsultasiya
Xidmətlər

Xidmət Sahələri

Elektronika və Embedded Sistemlər

Mikrokontroller əsaslı sistemlərin başdan-sona layihələndirilməsi.

  • Mikrokontroller proqramlaşdırması (Arduino, STM32, ESP32)
  • Sensorlar və aktuatorlar inteqrasiyası
  • PCB dizaynı və prototiplənməsi
  • IoT sistemlərinin hazırlanması
  • Aşağı enerji sərfiyyatı cihazlar
  • Real-time əməliyyat sistemi (FreeRTOS) inteqrasiyası
STM32ESP32ArduinoFreeRTOSC/C++

Proqram Təminatlarının Hazırlanması

Masaüstü, web idarəetmə panelləri və şirkət daxili sistemlər.

  • Masaüstü və web idarəetmə panelləri
  • Şirkət daxili xüsusi proqram sistemləri
  • API inteqrasiyaları və verilənlər bazası strukturları
  • Cihaz ilə kompüter arasında kommunikasiya protokolları
  • Real-time dashboard və monitoring sistemi
  • Edge computing həlləri
PythonNode.jsMQTTREST APIWebSocket

Araşdırma və İnkişaf (R&D)

Məhsul ideyasının texniki qiymətləndirilməsindən prototipə qədər.

  • Məhsul ideyasının texniki qiymətləndirilməsi
  • Elektronik prototip modellərinin hazırlanması və testi
  • Performans optimizasiyası
  • Sənaye məqsədli texniki həllər
  • Signal integrity və EMC uyğunluq
  • Texniki sənədləşdirmə (datasheet, user manual)
PrototipKiCadAltiumGerberDFM

Freelance və Layihəəsaslı İşlər

Qısa və orta müddətli layihələrin başdan-sona icrası.

  • Qısa və orta müddətli layihələr
  • Proqramlaşdırma, dizayn, test və sənədləşdirmə
  • Fərdi ideyaların reallaşdırılması
  • Mövcud firmware-in review və optimallaşdırılması
  • Konsultasiya və texniki məsləhət
  • Qrup kursları — STM32, Arduino, ESP32 üzrə
KonsultasiyaMentorluqCode ReviewKurslar
Hədəf Kütlə

Sizə necə kömək edə bilərəm?

Müasir texnologiyalar sahəsində fərdi mütəxəssis olaraq, müxtəlif miqyaslı layihələr üçün özəl elektron həllər, proqram təminatları, prototipləmə, texniki tədqiqat və inkişaf istiqamətlərində xidmətlər təklif edirəm. Məqsədim, texnologiyadan real nəticələr əldə etməyə yönəlmiş funksional və davamlı sistemlər hazırlamaqdır.

Startaplar və fərdi təşəbbüskarlar

Yeni ideyaların prototipə çevrilməsi və texniki həyata keçirilməsi.

Mikro və orta biznes sahibləri

Xüsusi proqram təminatı, avtomatlaşdırma və ağıllı idarəetmə sistemləri.

Tədqiqatçılar və ixtiraçılar

Texniki eksperimentlər, konseptual qurğular və elmi layihələr üçün dəstək.

Portfolio

Nümunə işlər

Hazırladığım cihazların video demoları və tamamlanmış layihələrin qalereyası.

Videolar

Şəkillər

Proses

İş Prosesi

01

Müraciət

Layihəniz haqqında qısa məlumat göndərin. Tələblərinizi, büdcənizi və son tarixinizi bildirin.

02

Analiz & Təklif

24–48 saat ərzində texniki analiz aparıb detallı təklif və iş planı hazırlayıram.

03

İcra

Razılaşdırılmış plan əsasında işə başlayıram. Hər mərhələ üzrə sizinlə əlaqə saxlayıram.

04

Təhvil & Dəstək

Sınaqdan keçirilmiş məhsulu tam sənədləşmə ilə təhvil verirəm. Sonrakı dəstək mövcuddur.

FAQ

Mümkün Suallar

1

Elektronik cihazların prototipinin hazırlanması üçün hansı məlumatları təqdim etməliyəm?

Prototip hazırlanması üçün layihənin məqsədi, funksiyalar, texniki tələblər (əgər varsa), enerji mənbəyi və ölçü məhdudiyyətləri haqqında məlumat kifayətdir. Əgər bu məlumatlar sizdə tam deyilsə, ilkin texniki məsləhətləşmə ilə ehtiyaclar dəqiqləşdirilir.

2

Proqram təminatı və elektron hissəni eyni layihədə birləşdirə bilərsinizmi?

Bəli, istər cihaz səviyyəsində (mikrokontroller proqramlaşdırması), istərsə də masaüstü/web idarəetmə panelləri və mobil interfeyslərlə elektronik sistemlər birgə işləyə biləcək şəkildə hazırlanır.

3

Freelancer kimi işlədiyiniz layihələrdə hansı texnologiyalardan istifadə edirsiniz?

Embedded sistemlər: Arduino, STM32, ESP32, Raspberry Pi. PCB dizayn: KiCad, Altium Designer. Web və masaüstü tətbiqlər: Node.js, Python, JavaScript və s.

4

Layihənin başlanğıcından sonuna qədər hansı mərhələlərdən keçirik?

Texniki tələblərin toplanması → Funksional planlama və dizayn → Prototip və ya ilkin demo hazırlanması → Test və düzəlişlər → İstismara hazır versiya təqdim olunur.

5

Kiçik layihələr üçün də işləyirsiniz?

Bəli, layihənin böyüklüyündən asılı olmayaraq, texniki baxımdan maraqlı və faydalı olan istənilən layihəyə baxıram. Həm fərdi, həm də tədris məqsədli və ya eksperimental layihələrdə texniki dəstək mümkündür.

6

Layihə üçün qiymət necə formalaşır?

Qiymət layihənin mürəkkəbliyinə, tələb olunan vaxt və texniki resurslara görə müəyyən edilir. Sadə işlər üçün sabit qiymət, daha kompleks layihələr üçün mərhələli və ya saatlıq əməkdaşlıq mümkündür.

7

Texniki dəstək verirsinizmi?

Hazırladığım sistemlər və ya proqram təminatları üçün texniki dəstək və baxım xidmətləri mümkündür. Uzunmüddətli əməkdaşlıq çərçivəsində sistemlərin yenilənməsi və optimallaşdırılması da həyata keçirilir.

8

Yalnız Azərbaycan bazarı üçün işləyirsiniz?

Xeyr. Layihələr həm də onlayn formatda təqdim olunduğu üçün beynəlxalq müştərilərlə də əməkdaşlıq mümkündür.

9

Hazır sistemlərin üzərində dəyişiklik və ya təkmilləşdirmə aparırsınız?

Bəli, mövcud elektronik sistemlərdə və ya proqramlarda dəyişiklik, optimizasiya və əlavə funksiyaların tətbiqi mümkündür. Bunun üçün sistemin ilkin dəyərləndirilməsi aparılır.

10

NDA (Məxfilik Müqaviləsi) imzalayırsınızmı?

Bəli. Layihənizin məxfiliyini təmin etmək üçün NDA və digər hüquqi sənədlər əsasında əməkdaşlıq mümkündür.

Əlaqə

Layihənizi Müzakirə Edək

Sualınız var? Layihəyə başlamaq istəyirsiniz? Əlaqə formu vasitəsilə müraciət edin.