Yüklənir...
Yüklənir...
Araşdırma və inkişaf, texniki konsultasiya, mövcud firmware və dizaynın review-u. NDA əsaslı işbirliyi, Git flow, mərhələli təhvil.
Tipik layihə:Firmware review + optimizasiya· 1–3 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
Araşdırma və inkişaf, prototip, texniki dəstək, mövcud kodun/dizaynın review-u. NDA əsaslı işbirliyi, Git flow, CI/CD embedded (Yocto, Buildroot).
Hər layihə sıfırdan qurulmur. Çox vaxt komanda artıq nəsə qurub və ilişib: cihaz təsadüfən donur, batareya gözləniləndən tez bitir, plata sertifikasiyadan keçmir. Belə hallarda kənar baxış bir neçə həftəlik axtarışı bir neçə günə endirir.
İş adətən üç formada olur: mövcud kodun və dizaynın review-u, konkret problemin araşdırılması, yaxud texniki qərar üçün konsultasiya — hansı platforma, hansı protokol, hansı komponent.
Nəticə həmişə yazılı olur: nə tapıldı, niyə baş verir, hansı düzəliş təklif olunur və hər birinin təxmini əməktutumu. Beləliklə qərarı siz verirsiniz, biz isə əsası veririk.



Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.