Yüklənir...
Yüklənir...
PCB dizayn xidməti Bakı — dövrə sxemi (schematic), çoxqatlı PCB layout, KiCad və Altium, signal integrity, EMC və DFM yoxlaması. Gerber, BOM və montaj sənədləri təhvil verilir.
Tipik layihə:4-qatlı sensor PCB· 2–5 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
Schematic (dövrə sxemi) və PCB layout — KiCad, Altium, EasyEDA. Signal integrity, EMC, DFM, impedance control. 2-8 qatlı, HDI, flex-rigid platalar.
PCB dizaynı sxemin çəkilməsi ilə bitmir — platanın real dünyada işləməsi layout-dan asılıdır. Qidalanma qatlarının bölünməsi, torpaqlama, yüksək sürətli xətlərin uzunluq uyğunluğu və komponentlərin yerləşməsi sonradan düzəldilmir; onlar ya əvvəldən düzgün qurulur, ya da plata istehsaldan sonra problem verir.
İşi KiCad və Altium-da aparırıq. Sxem hazırlananda komponent seçimi tədarük vəziyyətinə görə edilir — kağızda mükəmməl olan, amma bazarda tapılmayan hissə layihəni dayandırır. Layout mərhələsində signal integrity, EMC hazırlığı və DFM (istehsala uyğunluq) yoxlanılır, çünki zavod bir qayda pozuntusuna görə partiyanı geri qaytara bilir.
Sıfırdan dizayn qədər tez-tez rast gəlinən başqa iş: mövcud platanın yenidən çəkilməsi. Komponent istehsaldan çıxıb, ölçü dəyişməli, yaxud köhnə dizaynda daimi nasazlıq var — belə hallarda mövcud sxemi əsas götürüb yeni versiya qururuq.



Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.