Yüklənir...
Yüklənir...
Prototip hazırlanması və kiçik seriya istehsal — PCB montajı (PCBA), stensil və reflow, komponent tədarükü, korpus yığımı, funksional test və partiya izlənməsi.
Tipik layihə:20 ədədlik ilk partiya, test və qablaşdırma ilə· 4–8 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
İlk işlək nümunədən kiçik seriyaya: PCB montajı (PCBA), stensil və pasta, komponent tədarükü, korpus və yığım, funksional test. DFM optimizasiyası, sənədləşdirmə və partiya izlənməsi.
İşlək prototiplə satıla bilən məhsul arasında böyük məsafə var. Prototip bir dəfə işləyir; seriya isə hər dəfə, hər nüsxədə işləməlidir. Bu keçid dizaynı deyil, prosesi tələb edir: eyni komponent, eyni yığım ardıcıllığı, eyni test.
İlk partiyanı özümüz yığırıq — stensil, lehim pastası, reflow, sonra funksional test. Bu mərhələdə dizaynın istehsala uyğun olmayan yerləri üzə çıxır: çox yaxın yerləşdirilmiş komponent, əlçatmaz test nöqtəsi, səhv istiqamətli konnektor. Onları seriyaya keçməzdən əvvəl düzəltmək bir neçə dəfə ucuz başa gəlir.
Kiçik seriyada ən çox itki komponent tədarükündən gəlir. Bir hissənin gözlənilmədən bazardan çıxması bütün partiyanı dayandırır, ona görə BOM-da kritik hissələr üçün əvvəlcədən alternativ müəyyən edilir.



Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.