Yüklənir...
Yüklənir...
IoT platforma hazırlanması — MQTT broker, cihaz idarəetməsi, məlumat bazası və dashboard. Node.js, Python (FastAPI), Mosquitto/EMQX, REST və WebSocket API.
Tipik layihə:IoT platforma + dashboard· 4–10 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
Backend, API, cloud inteqrasiya. Node.js, Python (FastAPI), MQTT broker (Mosquitto, EMQX), REST/WebSocket, gRPC. Grafana dashboard, TimescaleDB/InfluxDB.
Cihaz özü işləsə də, məlumat bir yerə axmasa dəyəri azdır. IoT platforması həmin axını qurur: cihaz məlumatı göndərir, broker onu qəbul edir, baza saxlayır, panel göstərir, hədd aşılanda xəbərdarlıq gedir.
Nəqliyyat qatında MQTT işlədirik (Mosquitto və ya EMQX), backend Node.js və ya Python (FastAPI) üzərində qurulur, məlumat PostgreSQL və ya zaman sıralı bazada saxlanılır. Cihazla panel arasında REST və WebSocket API olur — biri sorğu üçün, digəri canlı yenilənmə üçün.
Miqyas məsələsi əvvəldən həll olunur: 10 cihazla işləyən quruluş 10 000 cihazda dağıla bilər. Cihazın qeydiyyatı, açar idarəçiliyi, mesaj tezliyi və məlumatın saxlanma müddəti layihənin əvvəlində müəyyən edilir.



Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.