Yüklənir...
Yüklənir...
Mikrokontrollerdə TinyML (TensorFlow Lite, Edge Impulse), NVIDIA Jetson və Google Coral üzərində computer vision. Anomaliya aşkarlanması, obyekt tanıma — buludsuz, cihazın özündə.
Tipik layihə:Vibrasiya sensoru + anomaly detection· 5-10 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
TinyML (TensorFlow Lite, Edge Impulse) mikrokontrollerlərdə. Edge computing (NVIDIA Jetson, Google Coral), computer vision, sensor fusion, anomaly detection.
Edge AI-ın mənası modeli buluda yox, cihazın özünə yerləşdirməkdir. Bu, üç şey qazandırır: gecikmə millisaniyələrə düşür, internet kəsiləndə sistem işləməyə davam edir, məlumat isə cihazdan kənara çıxmır.
Mikrokontroller səviyyəsində TensorFlow Lite Micro və Edge Impulse ilə işləyirik — vibrasiya, səs və hərəkət məlumatında anomaliya aşkarlanması buraya girir. Daha ağır işlərdə (obyekt tanıma, sayma, oxuma) NVIDIA Jetson və ya Google Coral kimi edge platformaları işlədilir.
Bu sahədə əsl iş modeli seçmək deyil, məlumatı toplamaqdır. Real şəraitdən yığılmış nümunə olmadan model laboratoriyada işləyir, sahədə işləmir. Ona görə layihə adətən məlumat toplama mərhələsi ilə başlayır.



Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.