Yüklənir...
Yüklənir...
LoRaWAN sensor şəbəkəsi, BLE Mesh, Zigbee, Thread və Matter. Uzaq məsafə və aşağı enerji: qovşaq, gateway, anten uyğunlaşdırılması və sahə testi.
Tipik layihə:LoRaWAN sensor şəbəkəsi (50+ node)· 6–14 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
Long-range və low-power wireless: LoRa/LoRaWAN, BLE Mesh, Zigbee, Thread, Matter, NB-IoT, Sub-GHz. Gateway və node dizaynı, radio compliance.
Simsiz seçim tələbdən çıxır, moda deyil. Kilometrlərlə məsafə və illərlə batareya lazımdırsa LoRa; telefonla birbaşa əlaqə lazımdırsa BLE; binadaxili sıx şəbəkə lazımdırsa Zigbee və ya Thread. Səhv seçim sonradan yalnız yenidən qurmaqla düzəlir.
Qovşaq tərəfində enerji büdcəsi hesablanır: nə vaxt yatır, nə vaxt oyanır, bir mesajın neçə millikulon apardığı. Gateway tərəfində əhatə, kanal planı və server bağlantısı qurulur. Anten uyğunlaşdırılması ayrıca mərhələdir — plata üzərində səhv yerləşdirilmiş anten məsafəni bir neçə dəfə azaldır.
Sahə testi olmadan iş bitmiş sayılmır. Real binada və ya ərazidə siqnal gücü ölçülür, itən paketlər sayılır, lazım gəlsə qovşaqların yeri dəyişdirilir.



Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.