Elektronika və proqramlaşdırma xidmətləri
Elektronika və proqramlaşdırma sahəsində şirkətlər və fərdi şəxslər üçün xüsusi cihazlar, idarəetmə qurğuları və ağıllı sistemlərin hazırlanması. Prototipləmə, PCB dizaynı, mikrokontroller proqramlama və texniki dəstək daxil olmaqla fərdi və korporativ layihələr üçün tam uyğun mühəndislik həlləri.

Sizə necə kömək edə bilərəm və kimlər üçün buradayam?
Müasir texnologiyalar sahəsində fərdi mütəxəssis olaraq, müxtəlif miqyaslı layihələr üçün özəl elektron həllər, proqram təminatları, prototipləmə, texniki tədqiqat və inkişaf istiqamətlərində xidmətlər təklif edirəm. Məqsədim, texnologiyadan real nəticələr əldə etməyə yönəlmiş funksional və davamlı sistemlər hazırlamaqdır.
Kimlər Üçün Uyğundur?
Startaplar və fərdi təşəbbüskarlar – yeni ideyaların prototipə çevrilməsi, hazırlanması və texniki əsaslandırılması üçün
Mikro və orta biznes sahibləri – daxili proseslər üçün xüsusi proqram təminatı və avtomatlaşdırma sistemləri üçün
Tədqiqatçılar və ixtiraçılar – texniki eksperimentlər və konseptual qurğuların hazırlanması üçün
Fərdi ideyalar və texniki konsepsiyaların reallaşdırılması
Minimum Viable Product (MVP) -“Minimum İşlək Məhsul” hazırlığı və ilkin prototiplər
Elektronika və embedded sistemlər
Mikrokontroller əsaslı cihazların proqramlaşdırılması (Arduino, STM32, ESP32 və s.)
Sensorlar, aktuatorlar və digər elektron komponentlərin inteqrasiyası
PCB dizaynı və prototiplənməsi
IoT (İnternet of Things) sistemləri üçün aparat və proqram təminatı
Low enerji sərfiyyatı ilə çalışan cihazların hazırlanması
Proqram Təminatlarının Hazırlanması
Masaüstü və web əsaslı idarəetmə panelləri
Şirkət daxili sistemlərə uyğunlaşdırılmış xüsusi proqramlar
API inteqrasiyaları və məlumat bazası strukturlarının qurulması
Araşdırma və İnkişaf
Yeni məhsul və ya xidmət ideyasının texniki baxımdan qiymətləndirilməsi
Elektronik prototip modellərinin hazırlanması və test prosesi
Performans optimizasiyası və mövcud sistemlərin təkmilləşdirilməsi
Sənaye və istehsalat məqsədli xüsusi texniki həllərin hazırlanması
Freelancer və Layihəəsaslı İşlər
Qısa və ya orta müddətli layihələr üçün sərbəst əməkdaşlıq
Proqramlaşdırma, dizayn, test və sənədləşdirmə mərhələlərində dəstək
Fərdi ideyalar və texniki konsepsiyaların reallaşdırılması
Qalereya
Mümkün suallar və cavabları.
1. Elektronik cihazların prototipinin hazırlanması üçün hansı məlumatları təqdim etməliyəm?
Prototip hazırlanması üçün layihənin məqsədi, funksiyalar, texniki tələblər (əgər varsa), enerji mənbəyi və ölçü məhdudiyyətləri haqqında məlumat kifayətdir. Əgər bu məlumatlar sizdə tam deyilsə, ilkin texniki məsləhətləşmə ilə ehtiyaclar dəqiqləşdirilir.
2. Proqram təminatı və elektron hissəni eyni layihədə birləşdirə bilərsinizmi?
Bəli, istər cihaz səviyyəsində (mikrokontroller proqramlaşdırması), istərsə də masaüstü/web idarəetmə panelləri və mobil interfeyslərlə elektronik sistemlər birgə işləyə biləcək şəkildə hazırlanır.
3. Freelancer kimi işlədiyiniz layihələrdə hansı texnologiyalardan istifadə edirsiniz?
Əsas texnologiyalar:
Embedded sistemlər: Arduino, STM32, ESP32, Raspberry Pi
PCB dizayn: KiCad, Altium Designer
Web və masaüstü tətbiqlər: Node.js, Python, JavaScript və.s
4. Layihənin başlanğıcından sonuna qədər hansı mərhələlərdən keçirik?
Texniki tələblərin toplanması
Funksional planlama və dizayn
Prototip və ya ilkin demo hazırlanması
Test və düzəlişlər
Sonda istismara hazır versiya təqdim olunur.
5. Kiçik layihələr üçün də işləyirsiniz?
Bəli, layihənin böyüklüyündən asılı olmayaraq, texniki baxımdan maraqlı və faydalı olan istənilən layihəyə baxıram. Həm fərdi, həm də tədris məqsədli və ya eksperimental layihələrdə texniki dəstək mümkündür.
6. Layihə üçün qiymət necə formalaşır?
Qiymət layihənin mürəkkəbliyinə, tələb olunan vaxt və texniki resurslara görə müəyyən edilir. Sadə işlər üçün sabit qiymət, daha kompleks layihələr üçün mərhələli və ya saatlıq əməkdaşlıq mümkündür.
7. Texniki dəstək verirsinizmi?
Hazırladığım sistemlər və ya proqram təminatları üçün texniki dəstək və baxım xidmətləri mümkündür. Uzunmüddətli əməkdaşlıq çərçivəsində sistemlərin yenilənməsi və optimallaşdırılması da həyata keçirilir.
8. Yalnız Azərbaycan bazarı üçün işləyirsiniz?
Xeyr. Layihələr həm də onlayn formatda təqdim olunduğu üçün beynəlxalq müştərilərlə də əməkdaşlıq mümkündür.
9. Hazır sistemlərin üzərində dəyişiklik və ya təkmilləşdirmə aparırsınız?
Bəli, mövcud elektronik sistemlərdə və ya proqramlarda dəyişiklik, optimizasiya və əlavə funksiyaların tətbiqi mümkündür. Bunun üçün sistemin ilkin dəyərləndirilməsi aparılır.
10. NDA (Məxfilik Müqaviləsi) imzalayırsınızmı?
Bəli. Layihənizin məxfiliyini təmin etmək üçün NDA və digər hüquqi sənədlər əsasında əməkdaşlıq mümkündür.
Əməkdaşlıq üçün əlaqə formu.
Bizə mesaj göndərin.
ƏLAQƏ MƏLUMATLARI
Sizə necə kömək edə biləcəyimizlə bağlı suallarınız varsa, email göndərin və biz qısa zamanda sizinlə əlaqə saxlayacağıq.