1. C və C++ proqramlaşdırma dilləri nədir
Proqramlaşdırma dili – kompüterə və ya mikrokontrollerə “nə edəcəyini” demək üçün istifadə etdiyimiz dildir.
Yazdığımız mətn (kod) sonradan kompilyator (tərcüməçi) tərəfindən maşın dilinə çevrilir, prosessor isə bu göstərişləri yerinə yetirir.
C və C++ bənzər səslənsə də, hər iki dilin istifadəsi və xüsusiyyətlərində müəyyən fərqlər var. C++ fərqli proqramlaşdırma konsepsiyalarından istifadə edən C dilinin davamçısıdır. C - prosedur proqramlaşdırma dilidir, C++ isə OOP (Obyekt yönümlü) dəstəyini təmin edir.
Aşağıdakı nümunədə - bir tələbənin adı, yaşı və qiymətini saxlayan və bu məlumatları ekrana çıxaran proqram hər iki dildə yazılıb.
// C dili nümunəsi (prosedural)
#include
// Struktur yaradılır
struct Student {
char name[50];
int age;
float grade;
};
// Məlumatı çap edən funksiya
void printStudent(struct Student s) {
printf("Ad: %s\n", s.name);
printf("Yaş: %d\n", s.age);
printf("Qiymət: %.2f\n", s.grade);
}
int main() {
struct Student student1 = {"Nizami", 20, 95.5};
printStudent(student1);
return 0;
}
✔ Xüsusiyyətlər:
Funksiyalar struck-dan ayrı yazılır.
Məlumat
struct
ilə saxlanır, amma metod (funksiya) struktura aid deyil.Tam prosedural yanaşmadır: verilənlər + funksiyalar ayrı-ayrıdır.
// C++ dili nümunəsi (obyekt yönümlü)
#include
using namespace std;
// Klass yaradılır (struct yerinə class istifadə edilir)
class Student {
public:
string name;
int age;
float grade;
// Klassın daxilində metod (funksiya)
void print() {
cout << "Ad: " << name << endl;
cout << "Yaş: " << age << endl;
cout << "Qiymət: " << grade << endl;
}
};
int main() {
Student student1;
student1.name = "Nizami";
student1.age = 20;
student1.grade = 95.5;
student1.print(); // Objektdən funksiyanı çağırırıq
return 0;
}
✔ Xüsusiyyətlər:
class
istifadə olunur.Məlumat (data) və funksiya (metod) bir yerdədir.
print()
metodu obyektin özünə aiddir → obyekt yönümlü (OOP).
2. Kod Redaktoru (IDE)
C və ya C++ kodlarını adi text editorlarda da yazmaq və bir GCC kimi "compiler" vasitəsi ilə işlətmək mümkündür. Amma həm rahat kod yaza bilmək həm də başlada bilmək üçün, kod editorlarından birini seçməyiniz tövsiyyə olunur. Dev C++, Code::Blocks, Visual Studio və.s kimi editorlar mövcuddur. Rahat yüklənməsi və istifadəsini nəzərə alaraq Code::Blocks u tövsiyyə edirik. Endirmə linkinə klik edərək komputerinizə qura bilərsiniz. Açılan səhifədə "codeblocks-xx-yy mingw-setup.exe" faylını endirib qurun ki, kod editoru compiler ilə birlikdə yüklənsin.
Online editorlardan da istifadə edə bilərsiz. Bunlardan bir neçəsi aşağıda göstərilib.
Proqramı yüklədikdən sonra, C kodunu yaza biləcəyiniz faylı yaradın.
File > New > Empty File
Aşağıdakı kodu kopyalayın fayl içərisinə köçürün, sonra isə "Run" butonuna basın. IDE nin kodu compile edə bilməsi üçün "Yes" butonuna basın. Uyğun yerdə ".c" uzantısı ilə yadda saxlayın. Məsələn "ilk_kodum.c"
faylın adında və qovluq yollarında xüsusi simvollar, boşluqlar və "Ə", "Ş", "Ç", və.s kimi xarakterlərdən istifadə etməyin. "_" alt xətt istifadə edə bilərsiz.
#include
int main() {
printf("Hello World!");
return 0;
}
Yuxarıdakı addımları yerinə yetirəndən sonra konsol açıldı və "Hello World!" yazıldısa, təbriklər! Deməli hər şey doğru yüklənib və ilk kodunuzu yazdınız.
Hər hansı bir problem yarandısa, aşağıda şərh bölməsində yazın müzakirə edək.
Kateqoriyalar
- Dərslər (12)
Məhsullar
-
Push Button (Açar) 0,20 ₼
-
Arduino UNO R3 – DIP – USB Naqil Hədiyyə
24,00 ₼Original price was: 24,00 ₼.20,00 ₼Current price is: 20,00 ₼. -
Arduino Mega 2560 R3 (CH340) - USB Naqil Hədiyyə
45,00 ₼Original price was: 45,00 ₼.30,00 ₼Current price is: 30,00 ₼.