Çatdırılma xidməti

50 AZN-dən yuxarı alışverişlərdə, Bakı şəhəri mərkəz ərazilərə çatdırılma pulsuzdur. Fürsətdən yararlanmaq üçün, səbətinizə məhsullar əlavə edin və sifarişi tamamlayın.

Çatdırılma Seçimləri

Embedded.az olaraq sizə müxtəlif çatdırılma metodları təqdim edirik. Aşağıda göstərilən metodlardan sizə uyğun olanını seçə bilərsiniz.

1. Çatdırılma Metodunu seçin və Məhsulu sifariş edin.

2. Sifarişinizin təsdiq olunması ilə əlaqədar E-mail alacaqsınız

3. Sifarişinizin gəlməsini gözləyin

4. Sifarişinizi qeyd etdiyiniz ünvanda qəbul edin.

Bakı, Xırdalan və Sumqayıt şəhərlərinə çatdırılma tarifləri
EXPRESS çatdırılma xidmətini seçdiyiniz zaman, sifarişi tamamladıqdan dərhal sonra bizə bildirin.
Əlaqə nömrəmiz: 051 411 13 12

Standart çatdırılma tarifləri: Sifarişlər 1-2 iş günü ərzində çatdırılır.

 Bakı şəhəri (mərkəz ərazilər)- 50AZN-dən yuxarı sifarişlərdə

PULSUZ

Bakı şəhəri (mərkəz ərazilər)

5 AZN

Bakı şəhəri (qeyri mərkəz ərazilər)

7 AZN

Bakı kəndləri

12 AZN

Sumqayıt şəhəri

12 AZN

Xırdalan şəhəri

7 AZN

EXPRESS (təcili) çatdırılma tarifləri: Sifarişlər 1-4 saat ərzində çatdırılır.

 Bakı şəhəri (mərkəz ərazilər)- 50AZN-dən yuxarı sifarişlərdə

-------------

Bakı şəhəri (mərkəz ərazilər)

15 AZN

Bakı şəhəri (qeyri mərkəz ərazilər)

18 AZN

Bakı kəndləri

20 AZN

Sumqayıt şəhəri

20 AZN

Xırdalan şəhəri

15 AZN

Express Çatdırılma üsulunda qeyd edilən 1-4 saat ərzində çatdırılma, iş saatlarında edilən sifarişlərə aiddir. Həftə içi (10:00 - 19:00),    Şənbə və bazar günləri (12:00 - 15:00) Bundan əlavə, arzu edərsinizsə, sifarişinizi anbarımızdan özünüz də götürə bilərsiniz. Belə olan halda məhsulu sifariş edərkən "Anbardan götür" seçimini edin. Bu zaman çatdırılma ilə əlaqədar heçbir ödəniş etməyəcəksiniz. Anbarın yeri "Əlaqə və ünvan" səhifəsində göstərilmişdir. Xahiş edirik nəzərə alasınız ki, yaşayış binalarına çatdırılma zamanı, sifariş yalnız binanın həyətində və ya yaxınlığında təhvil verilir. Sifarişlər evin qapısına qədər çatdırılmır.

Tez-Tez verilən suallar (FAQ)

Sifarişim hələ gəlməyib. O haradadır?

Sifarişin vəd edilən zamanda çatdılırlmamasının müxtəlif səbəbləri ola bilər (hava şəraiti, yanlış çatdırılma ünvanı və.s). Sifarişiniz çatdırılma tarifinə uyğun zamanda sizə çatdırılmayıbsa, lütfən mağaza ilə əlaqə saxlayın. 

Bayram günlərində çatdırılma mövcuddurmu?

Sifarişlər bayram günlərində yalnız EXPRESS çatdırılma tarifləri ilə mümkündür. Lütfən səhifənin yuxarısındakı çatdırılma tarifləri ilə tanış olun

Poçt şöbəsinə çatdırlma mövcuddurmu?

Poçt ünvanlarına çatdırılma mövcuddur, çatdırılmanın qiyməti, sifariş poçt şöbəsinə təhvil verilərkən hesablanır və müştəriyə bildirilir.

Rayonlara çatdırılma mövcuddurmu?

Rayonlara çatdırılma poçt vasitəsi ilə mövcuddur. Müştərinin istəyi ilə sifarişi, müştərinin etibar etdiyi şəxsə və ya taksi xidmətinə də təhvil verilə bilər.

Kömək Lazımdır?

  • +99451 411 13 12
  • Messenger
  • Telegram
  • Email: info@embedded.az

Sosial şəbəkə hesablarımız