Embedded.az hansı xidmətləri təqdim edir?
Embedded.az elektronika və mikrokontroller sahəsində geniş xidmətlər təqdim edir. Arduino, sensor və modulların satışını həyata keçirir, şirkətlərə texniki dəstək xidməti göstərir, həmçinin fərdi layihələr üçün freelance xidmətlər təklif edir. Eyni zamanda müxtəlif yaş və səviyyələrə uyğun olaraq online elektronika və embedded proqramlaşdırma dərsləri təşkil olunur.
Nizami Kəlbəliyev kimdir?
Nizami Kəlbəliyev: Elektronika və Embedded Sistemlər Mütəxəssisi
Mən Nizami Kəlbəliyev, Embedded.az platformasının qurucusu və fizika ixtisaslı, elektronika və proqramlaşdırma sahəsində ixtisaslaşmış mühəndisəm. STM32, Arduino və digər mikrokontrollerlər ilə işləyir, xüsusi layihələrə uyğun dövrə dizaynı, PCB hazırlığı, proqramlaşdırma və test proseslərini tam şəkildə həyata keçirirəm.
Altium Designer, KiCad, Proteus kimi mühəndislik alətlərindən istifadə edərək layihələrin dövrə kartlarını peşəkar səviyyədə dizayn edirəm. GPS izləmə sistemləri, ağıllı cihazlar, sensor inteqrasiyası, IoT və.s sahələrdə real layihələr üzərində çalışmışam. Həmçinin, bu sahələri tədris edirəm.
Hazırda nüvə sahəsində radiasiya ölçən cihazların modernizasiyası ilə məşğul olur, freelancer olaraq həm şirkətlərə, həm də fərdi layihələrə texniki həllər təklif edirəm.
Dərslər - Kurslar
Elektronika və Mikrokontroller (Arduino, STM32 və s.) proqramlaşdırması, PCB dizaynı və.s üzrə onlayn dərslər haqqında ətraflı məlumat əldə etmək üçün edu.embedded.az saytına keçin.
Elektronika və proqramlaşdırma xidməti
Elektronika və proqramlaşdırma sahəsində fərdi və korporativ layihələr üçün xüsusi həllər təqdim edirım. Sensorlu sistemlər, idarəetmə və avtomatlaşdırma qurğuları, kompüter və serverlərlə əlaqə qura bilən cihazlar və onların proqram təminatlarını hazırlayıram. Layihəyə uyğun dövrə dizaynı, PCB, firmware və proqram təminatı kimi həllər ilə əlaqədar ətraflı məlumat əldə etmək üçün
Məhsullar - Satış
Arduino kartları, sensorlar, modullar, ekranlar və digər elektronika komponentlərini onlayn olaraq əldə edin. Elektronika layihələri, robototexnika və embedded sistemlər üçün məhsullar. Həm yeni başlayanlar, həm də peşəkarlar üçün seçim imkanı.
Arduino UNO R3 – DIP – USB Naqil Hədiyyə
Arduino UNO R3 – SMD (CH340) – USB Naqil Hədiyyə
Arduino Pro Micro 5V/16MHz
Bloq - Yazılar
Bu bloqda embedded sistemlər, mikrokontroller proqramlaşdırması və elektronika sahəsində geniş və praktiki məlumatlar yer alır. Davamlı olaraq Arduino, STM32, sensor modulları, dövrə dizaynı, real layihələr və problemlərin həlli kimi mövzularda həm başlanğıc, həm də peşəkar səviyyədə yazılar paylaşıram . Elektronika ilə maraqlanan mühəndislər, tələbələr və hobbiçilər üçün faydalı resurs!
Əldə Etdiyim Nəticələr, Paylaşılan Fikirlər
Əməkdaşlıq üçün əlaqə formu.
Bizə mesaj göndərin.
ƏLAQƏ MƏLUMATLARI
Sizə necə kömək edə biləcəyimizlə bağlı suallarınız varsa, email göndərin və biz qısa zamanda sizinlə əlaqə saxlayacağıq.

