🛒 Arduino, ESP32, sensorlar və modullar — Embedded.az Mağaza
Ana Səhifə/Haqqımda
Elektronika Mühəndisi / Embedded Proqramçısı / Müəllim

Nizami Kəlbəliyev

Həm fərdi layihələr, həm də şirkətlər üçün. elektronika və proqramlaşdırma sahəsində innovativ həllər hazırlayıram, eləcə də bu sahəni tədris edirəm.

8+

İl Təcrübə

20+

Layihə

4+

İl Tədris

Doğum tarixi

16 Aprel 1991

Şəhər

Bakı, Azərbaycan

Təhsil

BDU — Fizika (2009–2013)

Peşə

Elektronika və Proqramlaşdırma

Bio

Haqqımda

Mən, Nizami Kəlbəliyev, 16 aprel 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. 2009–2013-cü illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışam. Universitet illərindən etibarən elektronika və proqramlaşdırma sahələrinə böyük maraq göstərmiş, bu istiqamətdə həm nəzəri, həm də praktiki bacarıqlarımı davamlı şəkildə inkişaf etdirmişəm.

Təhsilimdən sonra fəaliyyətim əsasən elektronika mühəndisliyi, mikrokontroller əsaslı sistemlər, PCB dizaynı, embedded proqramlaşdırma, embedded sistemlər – masaüstü tətbiqlər və server əlaqəsi, IoT texnologiyalarıtədris fəaliyyəti sahələrini əhatə edib.

Karyera

Peşəkar Təcrübəm

Fəaliyyətim boyunca həm dövlət, həm də özəl sektorda müxtəlif texnoloji layihələrin hazırlanması, tətbiqi və tədrisi ilə məşğul olmuşam. Bu müddət ərzində müxtəlif sektorlar üçün xüsusi texnoloji həllər, cihazlaravtomatlaşdırma sistemləri hazırlamışam.

Layihələrim arasında sənaye nəzarət sistemləri, GPS izləmə cihazları, radiasiya yönümlü cihazların modernizasiyası, sərgi cihazları, oyun sistemləri və digər innovativ həllər var.

Tarix

İş Təcrübəsi

Elektronika Mühəndisi (Təcrübə)

Sumaks Technologies

2018

Elektronika mühəndisliyi üzrə ilk peşəkar təcrübə. Sxem və prototip işləri.

Elektronika Mühəndisi

NRYTN Data Hesablama Mərkəzi

2019 — 2020

Məlumat emalı sistemləri üçün hardware həlləri və elektronika layihələri.

Elektronika Mühəndisi

MAS MMC — Hytera Azerbaijan

2020 — 2021

Hytera rabitə avadanlıqlarının texniki dəstəyi və elektronika xidməti.

Elektronika Təlimçisi

Code and More Scholarship Program

2021 — 2023

Tələbələrə Arduino, embedded proqramlaşdırma və elektronika əsasları üzrə dərslər.

Elektronika Mühəndisi

RINN — IRIA Nüvə Tədqiqat Departamenti

2023 — İndiyə

Nüvə tədqiqat departamentində elektronika mühəndisi kimi çalışıram.

Mikrokontroller Proqramlaşdırma Müəllimi

Innoway Təhsil Mərkəzi

2024 — İndiyə

Mikrokontroller proqramlaşdırma və Elektronika üzrə kurslar tədris edirəm.

Tədris

Tədris və Maarifləndirmə Fəaliyyətim

Uzun müddətdir ki, həm də tədris və maarifləndirmə fəaliyyəti ilə məşğulam:

Innoway Education Centre-də artıq 2 ildir ki, mikrokontroller proqramlaşdırması və elektronika üzrə tədris verirəm.

Öz platformam olan edu.embedded.az vasitəsilə online elektronika, PCB dizaynı və embedded proqramlaşdırma kursları təşkil edirəm.

YouTube, Instagram, Facebook və digər sosial şəbəkələrdə, həmçinin embedded.az blog səhifəsində maarifləndirici videolar və məqalələr paylaşaraq bu sahəyə marağı artırıram.

Texnologiyalar

Təcrübə Sahələrim

Elektronika və proqram təminatı sahəsində ixtisaslaşmış mütəxəssis kimi embedded sistemlər, mikrokontroller proqramlaşdırmasıreal vaxt əsaslı rabitə protokolları üzərində geniş təcrübəyə malikəm. İllər ərzində STM32 (ARM Cortex-M), Arduino (AVR), ESP və s. mikrokontrollerlər ilə çalışaraq UART, SPI, I²C, RS-485, CAN Bus kimi protokollardan səmərəli şəkildə istifadə edirəm.

Veb və backend texnologiyaları sahəsində Next.jsReact ilə modern frontend həlləri, Node.js mühitində isə mürəkkəb arxitekturalar qururam. Verilənlərin idarə olunmasında PostgreSQLMongoDB bazalarından, məzmun və e-ticarət idarəetməsində isə StrapiMedusa.js platformalarından istifadə edirəm. Məlumatların saxlanılması üçün MinIO obyekt saxlamasından, real-time əlaqə üçün isə MQTTWebSocket texnologiyalarından yararlanıram.

Hardware tərəfində Altium Designer, KiCadEasyEDA vasitəsilə peşəkar PCB dizaynları hazırlayır, sxemləri ProteusMultisim mühitində simulyasiya edirəm. Raspberry Pi, Orange PiArmbian Linux sistemlərində cihaz konfiqurasiyası və GPIO idarəetməsində Python-dan geniş istifadə edir, mexaniki hissələri 3D çap ilə istehsal edirəm.

Mobil tərəfdə KotlinFlutter dilləri ilə Arduino və digər sensor əsaslı sistemlərdən məlumat oxuyan və idarəetmə funksiyalarını yerinə yetirən tətbiqlər hazırlayıram. Həmçinin, xüsusi mühəndislik layihəsi kimi Sualtı Robototexnika (ROV) sistemləri və 18650 Li-ion batareya paketlərinin (6s2p, 6s3p) yığılması və BMS inteqrasiyası üzrə praktiki təcrübəm var.

Bilik və təcrübəmi paylaşmağı sevən bir təlimçi kimi rəqəmsal elektronika, C proqramlaşdırma və mikrokontrollerlər mövzusunda tədris materialları hazırlayır və bu sahədə mütəxəssis yetişdirilməsinə töhfə verirəm.

Layihələr

Qalereya

Stack

Bilik Və Bacarıqlar

Proqramlaşdırma

  • C / C++ (Embedded C)
  • Arduino IDE
  • STM32 — CubeIDE, Keil
  • Python
  • Node.js
  • Flutter

Elektronika

  • Altium Designer
  • KiCad
  • EasyEDA
  • Proteus
  • Multisim

Linux & SBC

  • Raspberry Pi
  • Orange Pi / Armbian
  • Debian / Linux
  • GPIO tətbiqləri

AI & IoT

  • OpenAI API
  • Google Gemini API
  • MQTT / IoT
  • GSM / GPS modulları
  • AI inteqrasiyası

3D & Mexanik

  • Autodesk Fusion 360
  • FDM 3D Printer
  • Cihaz korpusu dizaynı
  • Enclosure dizaynı
Xidmətlər

Xidmət İstiqamətləri

Özəl Elektronik Həllər

Şirkətlər və fərdi şəxslər üçün özəl elektronik həllər və proqram təminatları hazırlanması.

Daimi Texniki Dəstək & R&D

Şirkətlər və startaplar üçün daimi texniki dəstək və araşdırma-inkişaf xidmətləri.

Freelance Layihə İcrası

Layihəyə özəl sərbəst iş icrası. Prototipləmə, proqramlaşdırma, dizayn və test.

Online Kurslar & Mentorluq

Online kurslar və mentorluq (Arduino, Elektronika, PCB dizaynı və s.) və layihə əsaslı təlimlər.

Əlaqə

Birgə İşləyək

Layihəniz üçün kömək lazımdır? Əlaqə saxlayın, birlikdə ən yaxşı həlli tapaq.