Bütün Kateqoriyalar

Kateqoriya

Arduino dərsləri: #3 Arduino IDE və CH340 sürücüsü.

Arduino UNO haqqında ümumi məlumat aldıqdan sonra Arduino IDE nin necə qurulacağına baxaq. Qeyd edək ki, Arduino IDE nin iki versiyası mövcuddur. IDE v1 və IDE v2. Biz bu dərsdə ikinci versiyanın qurulmasını izah edəcəyik.

Aşağıdakı yolları izləyərək proqramı kompüterə yükləyin.

Arduino IDE yüklənmə qaydası

Aşağıda verilmiş linkə klik edərək proqramın endirilmə səhifəsinə (Arduinonun rəsmi web səhifəsi) gedərək kompüterinizin əməliyyat sisteminə uyğun proqramı yükləyin. Biz bu yazıda "Windows" əməliyyat sistemi üçün qurulma qaydasını izah edəcəyik.

 

Açılan səhifədə "Win 10 and newer, 64 bits" klik edin.

  • Arduino IDE (Windows, Mac OS, Linux)

"JUST DOWNLOAD" Klik edin.

Arduino IDE endirilməsi tamamlandıqdan sonra, üzərinə klik edərək faylı açın.

Lisenziya müqaviləsini qəbul edin.

Arduino IDE ni kimlərin istifadə edəcəyinə qərar verə bilərsiniz. Adətən birinci seçim edilərək komputerdən istifadə edən bütün istifadəçilərin proqramdan istifadə etməsi təmin edilir. Bu seçimi etdikdən sonra "Next >" düyməsini sıxın.

Proqramı yükləmək istədiyiniz yeri seçərək "Install" düyməsini sıxın. Proqramın yüklənəcəyi yer adətən dəyişdirilmir.

Proqram tam yükləndikdən sonra yüklənmənin uğurlu olduğu haqqında pəncərə açılacaq. Bu pəncərədə "Run Arduino IDE" seçimini edərək "Finish" düyməsini sıxın.

CH340 Sürücüsünün yüklənməsi

Arduino IDE yükləndi və istifadəyə hazırdır. Daha öncə də dediyimiz kimi, Arduino klonlarının əksəriyyətinin üzərində kompüterlə Arduino arasında xəbərləşməni təmin etmək üçün CH340 mikrosxemindən istifadə edilir.

Bu mikrosxemin sürücüsü Windows 11 kimi yeni əməliyyat sistemlərində qurulu halda olur. Qarşıda problemlərin yaranmaması üçün bu sürücünü qurmaqda fayda var. Aşağıdakı linklərdən öz əməliyyat sisteminizə uyğun olanına klik edərək yükləmə faylını endirə bilərsiniz. Biz bu yazıda Windows əməliyyat sistemi üçün göstərəcəyik. Kompüterinizdə bu sürücü artıq varsa, aşağıdakı addımların sürücü yüklənməsinə aid olanlarını keçə bilərsiniz.

 

Linkə klik edərək davam edin...

  • CH340 Windows(.exe)
  • CH340 Windows(ZIP)
  • CH340 Linux (ZIP)
  • CH340 MAC (ZIP)

Endirilmə tamamlandıqdan sonra faylın üzərinə klik edin.

"INSTALL" düyməsinə klik edin.

Yüklənmə tamamlandıqdan sonra "OK" düyməsinə klik edin.

Sürücünün yükləndiyindən və hərşeyin hazır olduğundan əmin olmaq üçün aşağıdakı addımları izləyin. Arduino kartları komputerə qoşulduqda komputer bu kart üçün virtual COM Port ayırır və Arduino ilə xəbərləşməni bu COM Port üzərindən yaradır. Əgər hər şey qaydasındadırsa Arduino kartınızı kompüterə qoşduğunuzda ayrılmış COM Port-u görməlisiniz. Arduino kartını USB naqil vasitəsi ilə kompüterə qoşun. Windows ə/sisteminin axtarış bölməsinə "Device Manager" yazaraq yuxarıda açılan hissəyə klik edin.

Açılan pəncərədə aşağıda göstərilən - Ports (COM & LTP) hissəni açın.

Əgər hər şey düzgündürsə Arduino kartını USB naqil vasitəsi ilə kompüterə qoşduqda, aşağıdakı şəkildəkinə bənzər hissə açılmalıdır. Əgər bu bölmədə bir-neçə COM Port varsa, Arduino kartınıza ayrılmış COM Portun hansı olduğunu anlamanız üçün Arduino kartının naqilini ayırın, yox olan COM Port Arduino kartınıza ayrıldığı məlumdur. Orijinal Arduino kartı istifadə etdiyiniz halda Arduino kartınızın adı bu bölmədə görünməlidir. (Məsələn: Arduino Uno) Klon Arduino kartı işlətdiyiniz zaman, bu COM Portun nömrəsini yadınızda saxlayın. Kodu Arduino kartına yükləyən zaman COM Port nömrəsindən istifadə edəcəksiniz. Aşağıdakı şəkildə ayrılmış port -COM3 dür. Bu sizin kompüterdə fərqli ola bilər.

Verilən addımları düzgün etdiyiniz halda kompüter Arduino kartınıza COM Port ayırmırsa,   USB naqil və Arduino kartının işlək olmasından əmin olun.

Arduino IDE v1 və v2 Endirilmə Ünvanı (Rəsmi Səhifə)

Arduino IDE v1 Yüklənmə qaydası (Rəsmi Səhifə)

Arduino IDE v2 Yüklənmə qaydası (Rəsmi Səhifə)

#arduino kursu #arduino baki #arduino azərbaycan #arduino kodlama #arduino kod yazmaq

Şərh yazın

E-poçt ünvanınız şərhlərdə görünməyəcək. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriya

Səbət
Daxil ol

Hesabınız yoxdur?

0 Istək
0 items Səbət