Embedded Sistemlər
& Elektronika
Elektronika və Embedded Sistemlər üzrə ixtisaslaşmış tədris, inkişaf və texnoloji həllər platforması.
8+
İl Təcrübə
20+
Layihə
4+
İl Tədris
Texniki Həllər
Şirkətlər və fərdi sahibkarların elektronika və proqramlaşdırma çətinliklərinə uyğun həllər.
Proqram Təminatı
Embedded firmware, IoT sistemləri, web və mobil tətbiqlərin hazırlanması.
Satış
Elektronika məhsullarının, müxtəlif sensorların və modulların satışını təşkil edirik.
Kurslar
Müxtəlif yaş qruplarındakı şəxslərə embedded sistemlərin sahələrinin onlayn tədrisi.
Embedded.az hansı xidmətləri təqdim edir?
Elektronika və mikrokontroller sahəsində geniş xidmətlər: Arduino, sensor və modulların satışı, şirkətlərə texniki dəstək, fərdi freelance layihələr və müxtəlif səviyyələrə uyğun online dərslər.
Hamısına baxGPS İzləmə Cihazı
ESP32 və SIM800L modulu ilə real-vaxt mövqe izləmə cihazı hazırlayır, web panel üzərindən idarəetmə təmin edirik. Sxem, PCB, korpus və proqram təminatı tam paketdə təhvil verilir.
Nizami Kəlbəliyev
Mən Nizami Kəlbəliyev, Embedded.az platformasının qurucusu və fizika ixtisaslı, elektronika və proqramlaşdırma sahəsində ixtisaslaşmış mühəndisəm. STM32, Arduino və digər mikrokontrollerlər ilə işləyir, xüsusi layihələrə uyğun dövrə dizaynı, PCB hazırlığı, proqramlaşdırma və test proseslərini tam şəkildə həyata keçirirəm.
Altium Designer, KiCad, Proteus kimi mühəndislik alətlərindən istifadə edərək layihələrin dövrə kartlarını peşəkar səviyyədə dizayn edirəm. GPS izləmə sistemləri, ağıllı cihazlar, sensor inteqrasiyası, IoT və s. sahələrdə real layihələr üzərində çalışmışam. Həmçinin, bu sahələri tədris edirəm.
Hazırda nüvə sahəsində radiasiya ölçən cihazların modernizasiyası ilə məşğul olur, freelancer olaraq həm şirkətlərə, həm də fərdi layihələrə texniki həllər təklif edirəm.
Daha çox öyrənBizə güvənənlər
