Bütün Kateqoriyalar

Arduino dərsləri: #6 Sintaksis qaydaları

Sintaksis qaydaları

Necə ki biz yazı yazarkən orfoqrafik qaydalara diqqət edirik, məsələn cümlənin lazım olan yerlərində vergüllər, tirelər, mötərizələr və s. istifadə edirik, eləcə də Arduino kodunun sintaksis qaydalarına əməl etməliyik. Nəticədə bu da bir dildir. Çox kiçik sintaksis qaydaları var, gəlin bunlara birlikdə baxaq.

1. Mötərizələr- '( )'

Funksiyaların adından sonra və riyazi hesablamalar zamanı öncəliyi dəyişmək üçün istifadə edilir. Açılan hər mötərizə mütləq bağlanmalıdır.

Funksiyalara misal: void setup ()
Riyazi hesablamalara misal: a*(b+c)

2. Fiqurlu mötərizələr- '{ }'

Funksiyaların daxilinə aid olunan kod sətirləri fiqurlu mötərizələr içərisində yazılmalıdır. Açılan hər fiqurlu mötərizə mütləq bağlanmalıdır.

3. Nöqtəli vergül- ';'

Arduino kodlarındakı ifadələr nöqtəli vergül ' ; ' ilə sonlandırılmalıdır.
Məsələn:
pinMode(13, OUTPUT);
digitalWrite(13, LOW);
delay (1000);

Sintaksis qaydalar hələlik bu qədər bəs edir. Və onu da qeyd edək ki, kod yazarkən yalnız İngilis dilində olan hərflərdən istifadəyə icazə verilir. Xüsusi simvollar və dilimizdə olan (ə, ç, ş və s) hərflərdən yalnız şərhlər yazan zaman istifadə edə bilərsiniz.

Şərhlər (Comment)

Şərhlər Arduino IDE tərəfindən kod kimi tanınmayan yazılardır. Kod bloklarının və ya sətirlərinin nə işə yaradığını şərh etmək üçün istifadə edilir. Şərhlərin iki növü var: Tək sətirli və Çox sətirli şərhlər.

// Tək sətirli şərhlər

Qoşa əyri xəttdən (slash) '//' sonra yazılan mətn tək sətirli şərh kimi qəbul edilir. Arduino IDE qoşa əyri xəttdən sonra yazılan mətni heçə sayır, və onu Arduino kartına yükləmək üçün hesablamır. Hər hansı kod sətirini silmək əvəzinə qarşısına '//' yazaraq işləməyini dayandıra bilərsiniz.

/* Çox sətirli şərhlər */

Əyri xətt ulduz /* və ulduz əyri xətt */ içərisində yazılan bütün sətirlər Arduino IDE tərəfindən şərh olaraq qəbul edilir. Yazılan şərhlər bir sətirdən çox olduqda və ya iki və daha artıq kod sətirinin işini müvəqqəti olaraq dayandırmaq lazım olan hallarda istifadə edilir.

Kod yazdığınız zaman kod sətirlərinin və kod bloklarının nə işə yaradığını qeyd etdiyiniz şərhlər yazmağı şiddətlə tövsiyyə edririk. Xüsusilə yazdığınız kod çox sətirdən ibarətdirsə, gələcəkdə bu koda yenidən baxdığınızda kod sətirlərinin bəzilərini nə üçün yazdığınızı unudacağınızın zəmanətini verə bilərəm. Kodunuzda şərh yazmaq vərdişinizi artırın!

Boşluqlar (White space)

Arduinoda kod yazarkən sözləri və söz birləşmələrini bölməmək şərti ilə istənilən yerdə istənilən sayda boşluqlardan istifadə edə bilərsiniz. Boşluqlar Arduino IDE tərəfindən sintaksis səhv olaraq sayılmır. Buna baxmayaraq hər yerdə və çox sayda boşluqlardan istifadə etmək, kodunuzun görünüşünü pozacaq və oxunurluluğunu aşağı salacaq. Arduino da üç növ boşluq var. "Tab" boşluqları, "Space" boşluqları və sətirllər arası "Enter" boşluqları.

1. Tab boşluqları klaviaturanın üzərində olan "Tab" düyməsini sıxılaraq istifadə edilir və iki ədəd adi "Space" boşluğuna bərabərdir. Funksiyaların içərisindəki kod sətirlərinin qarşısında istifadə edilir. Bu halda kodun rahat oxunulması təmin edilir, kod sətirlərinin başka bir funksiyaya aid olduğunu görmək daha asan olur.

2. Space boşluqları klaviaturanın uzərindəki "Space" düyməsini basarkən yaranan boşluqdur. Adətən funksiyaların parametrlərinin arasında istifadə edilir.

3. Sətirlər arası boşluqlar. Bu boşluqlar sətirlərin sonunda  "Enter" düyməsini basarkən yaranan boşluqlardır. Adətən funksiyalar arasında istifadə edilir. 

Hər üç boşluğu istənilən sayda istifadə edəbilərsiniz. Ancaq daha öncə də dediyimiz kimi boşluqları yalnız lazım olan yerlərdə istifadə etmək kodun daha rahat oxunması üçün vacibdir. Klaviaturanın üzərində "Ctrl" + "t" düymələrinə eyni anda bassanız, sətirlər daxilində artıq qoyulmuş və ya çatışmayan boşluqları Arduino IDE avtomatik olaraq düzəldəcək.

Sintaksis xəta verməyən, lakin artıq istifadə edilmiş boşluqlar

Sintaksis xəta verən boşluqlar

Düzgün istifadə edilmiş boşluqlar

#arduino kursu #arduino baki #arduino azərbaycan #arduino kodlama #arduino kod yazmaq

 

2 şərh “Arduino dərsləri: #6 Sintaksis qaydaları

  1. Namiq dedi ki:

    Dərslər əladı. Ardı gələcək?

    1. Təşəkkür edirik. Bəli zamanla dərslər paylaşılacaq

Şərh yazın

E-poçt ünvanınız şərhlərdə görünməyəcək. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriya

Səbət
Daxil ol

Hesabınız yoxdur?

0 Istək
0 items Səbət