Kassa aparatı təmiri, POS terminal servisi və elektron tərəzi təmiri: çap mexanizmi, qidalanma bloku və tenzo-datçik dövrəsi. Növbədənkənar diaqnostika.
Sifariş
Cihazın marka və modelini yazın, nasazlığı qısa izah edin. Ən faydalısı videodur — nasazlığı çəkin. Platanın aydın şəkilləri də kömək edir.
Kassa aparatı təmiri, POS terminal servisi və elektron tərəzi təmiri. Komponent səviyyəsində plata təmiri: çap mexanizmi idarəetməsi, qidalanma bloku, klaviatura və ekran nəzarətçisi, tərəzi ölçmə dövrəsi (tenzo-datçik). Datecs, Sam4s, CAS, Mettler Toledo, Digi.



Bəzi hallarda bərpa mümkün olmur: mikrosxem istehsaldan çıxıb və ehtiyat hissəsi tapılmır, donor plata yoxdur, plata yanğın və ya su nəticəsində ağır zədələnib, yaxud əvvəlki uğursuz müdaxilələr onu bərpa oluna bilməz hala salıb. Belə hallarda vəziyyəti olduğu kimi izah edirik və mümkünsə alternativ yol təklif edirik.
Kassa aparatı, POS terminal və elektron tərəzi ticarətin dayanmadan işləməli olan avadanlığıdır — sıradan çıxanda mağaza faktiki olaraq dayanır. Ona görə bu qrupda diaqnostika növbədənkənar aparılır.
Kassa aparatlarında ən çox rast gəlinən nasazlıq termal çap mexanizminin idarəetməsi və qidalanma blokudur: çek solğun çıxır, kağız ilişir və ya cihaz ümumiyyətlə açılmır. Klaviatura və ekran nəzarətçisi də tez-tez bərpa olunur.
Elektron tərəzilərdə problem adətən tenzo-datçik dövrəsində və ya ölçmə gücləndiricisindədir — çəki səhv göstərilir, sıfırlanmır, ekranda xəta kodu çıxır. Bir çox halda datçik sağlamdır və yalnız plata təmir olunur.
POS terminallarında elektronika tərəfi (qidalanma, ekran, konnektor) təmir olunur. Ödəniş modulunun proqram və sertifikat hissəsi operatorun səlahiyyətindədir — bunu açıq bildiririk.
Elektronika ustası və ya plata ustası axtarırsınızsa — bu iş komponent səviyyəsində aparılır: nasazlıq bloku deyil, konkret komponenti dəyişməklə həll olunur.
WhatsApp və ya Telegram üzərindən nasazlığı bizə danışın. Göndərdiyiniz məlumatı dəyərləndirib cihazın bizim profilimizə uyğun olub-olmadığını bildiririk.
Cihazı qəbul edəcəyiksə, bunu əvvəlcədən təsdiqləyirik — təsdiq almadan cihaz göndərilməməlidir. Cihaz bizə çatdıqdan sonra ən geci 48 saat (iki iş günü) ərzində diaqnostika aparılır.
Nasazlığın səbəbi, təxmini xərc, ehtiyat hissənin mövcudluğu və müddət barədə hesabat təqdim olunur. İşə yalnız siz razılıq bildirdikdən sonra başlanılır.
Təmirdən sonra cihaz minimum 24 saat yük altında sınaqdan keçirilir. Sabit işlədiyi təsdiqləndikdən sonra nəticə barədə məlumat verilir və cihaz təhvil olunur.
Diaqnostika ödənişlidir — platanın mürəkkəbliyindən asılı olaraq 10–50 AZN. Təmiri bizə həvalə etsəniz, bu məbləğ yekun qiymətdən çıxılır. Dəqiq təmir qiyməti yalnız diaqnostikadan sonra bildirilir və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.
Diaqnostika qiyməti haqqında ətraflıWhatsApp və ya Telegram üzərindən cihazın MARKA və MODELİNİ yazın, problemi mümkün qədər geniş izah edin. Ən faydalısı VİDEO-dur: nasazlığı çəkin və nə baş verdiyini öz sözlərinizlə ətraflı danışın. Bundan əlavə cihazın və varsa dövrə kartının (platanın) müxtəlif istiqamətlərdən aydın şəkillərini göndərin. Nə qədər çox detal versəniz, cavab bir o qədər dəqiq və sürətli olar.