Yüklənir...
Yüklənir...
Kriolipoliz (yağ dondurma) cihazlarının təmiri: temperatura düşmür, kompressor işə düşmür, vakuum tutmur, aplikator xəta verir. Kompressor idarəetmə sxemi, temperatur sensoru, vakuum nasosu və idarəetmə platası üzrə iş.
Bəzi hallarda bərpa mümkün olmur: mikrosxem istehsaldan çıxıb və ehtiyat hissəsi tapılmır, donor plata yoxdur, plata yanğın və ya su nəticəsində ağır zədələnib, yaxud əvvəlki uğursuz müdaxilələr onu bərpa oluna bilməz hala salıb. Belə hallarda vəziyyəti olduğu kimi izah edirik və mümkünsə alternativ yol təklif edirik.
Kriolipoliz cihazında əsas göstərici temperaturdur — cihaz işləyir, amma təyin olunan dərəcəyə enmirsə, prosedur mənasızdır. Ona görə diaqnostikaya soyutma konturundan başlayırıq: soyuducu maddənin səviyyəsi, kompressorun idarəetmə sxemi və temperatur sensorunun göstərişi.
İkinci böyük qrup vakuumla bağlıdır. Aplikator dərini çəkib tutmursa, günahkar adətən vakuum nasosunun klapanları, hava sızması və ya nasos idarəetmə platasıdır. Aplikatorun öz kabeli və sensor xətti də tez-tez qırılır, çünki iş zamanı daim əyilir.
Salon üçün cihazın dayanması birbaşa itkidir, ona görə diaqnostikanı tez aparıb təmirin real olub-olmadığını erkən deyirik. Cihaz bərpa olunmursa, yalnız diaqnostika haqqı ödənilir.
Diaqnostika ödənişlidir — platanın mürəkkəbliyindən asılı olaraq 10–50 AZN. Təmiri bizə həvalə etsəniz, bu məbləğ yekun qiymətdən çıxılır. Dəqiq təmir qiyməti yalnız diaqnostikadan sonra bildirilir və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.
Diaqnostika qiyməti haqqında ətraflıWhatsApp və ya Telegram üzərindən cihazın MARKA və MODELİNİ yazın, problemi mümkün qədər geniş izah edin. Ən faydalısı VİDEO-dur: nasazlığı çəkin və nə baş verdiyini öz sözlərinizlə ətraflı danışın. Bundan əlavə cihazın və varsa dövrə kartının (platanın) müxtəlif istiqamətlərdən aydın şəkillərini göndərin. Nə qədər çox detal versəniz, cavab bir o qədər dəqiq və sürətli olar.