Yüklənir...
Yüklənir...
Avtoklav və quru-hava sterilizatorlarının təmiri: təzyiq tutmur, sikl yarımçıq dayanır, qızdırıcı işləmir, qapı bloklanmır. Təzyiq sensoru, qızdırıcı idarəetmə sxemi, qapı mikroaçarı və idarəetmə platası üzrə iş.
Bəzi hallarda bərpa mümkün olmur: mikrosxem istehsaldan çıxıb və ehtiyat hissəsi tapılmır, donor plata yoxdur, plata yanğın və ya su nəticəsində ağır zədələnib, yaxud əvvəlki uğursuz müdaxilələr onu bərpa oluna bilməz hala salıb. Belə hallarda vəziyyəti olduğu kimi izah edirik və mümkünsə alternativ yol təklif edirik.
Avtoklavda ən çox eşidilən şikayət "təzyiq tutmur, sikl yarımçıq dayanır" olur. Bunun səbəbi həmişə mexaniki deyil: təzyiq sensoru, qapı blokunun mikroaçarı və qızdırıcı idarəetmə sxemi eyni əlamətə gətirib çıxarır. Ona görə diaqnostikada elektronikanı və mexanikanı ayırd edib hansının günahkar olduğunu dəqiq göstəririk.
İdarəetmə platası, temperatur və təzyiq sensorları, klapan idarəetməsi və qızdırıcı rele qrupu bizim iş sahəmizdir. Bunları komponent səviyyəsində bərpa edirik. Kipləşdiricinin yeyilməsi kimi sırf mexaniki nasazlıq isə ayrı mövzudur — onu da diaqnostikada göstəririk ki, cihaz təmirdən çıxandan sonra eyni problem təkrarlanmasın.
Avtoklav həm tibb müəssisələrində, həm də gözəllik salonlarında istifadə olunur. Hər iki halda cihazın dayanması işi dayandırır, ona görə diaqnostikanı tez aparırıq və ehtiyat hissə lazımdırsa, gözləmə müddətini sifarişdən əvvəl bildiririk.
Diaqnostika ödənişlidir — platanın mürəkkəbliyindən asılı olaraq 10–50 AZN. Təmiri bizə həvalə etsəniz, bu məbləğ yekun qiymətdən çıxılır. Dəqiq təmir qiyməti yalnız diaqnostikadan sonra bildirilir və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.
Diaqnostika qiyməti haqqında ətraflıWhatsApp və ya Telegram üzərindən cihazın MARKA və MODELİNİ yazın, problemi mümkün qədər geniş izah edin. Ən faydalısı VİDEO-dur: nasazlığı çəkin və nə baş verdiyini öz sözlərinizlə ətraflı danışın. Bundan əlavə cihazın və varsa dövrə kartının (platanın) müxtəlif istiqamətlərdən aydın şəkillərini göndərin. Nə qədər çox detal versəniz, cavab bir o qədər dəqiq və sürətli olar.