Tətbiqimizi birlikdə sınayaq
Embedded.az Android tətbiqini Google Play-ə çıxarırıq. Google qaydasına görə tətbiq əvvəlcə 14 gün real istifadəçilər tərəfindən sınanmalıdır — sənin köməyin lazımdır. Hamısı 2–3 dəqiqə çəkir.
Tətbiqdə nə var
Vacib: eyni Gmail hesabı
Hər iki linki telefonunda Play Store-da açıq olan Gmail hesabı ilə aç. Başqa hesabla qoşulsan, Play Store tətbiqi göstərməyəcək.
Sınaq yalnız Android telefonlar üçündür.
Necə qoşulum?
Tester ol və tətbiqi yüklə
«Become a tester» düyməsini bas, ardınca «Download it on Google Play» ilə tətbiqi yüklə.
Sınaq səhifəsini aç14 gün saxla
Xahiş: tətbiqi 14 gün silmə və arabir aç. Sınağın sayılması üçün bu kifayətdir.
Kompüterdəsən?
Telefonunun kamerası ilə QR kodu oxut — bu səhifə telefonunda açılacaq. Addımları kompüterdən də edə bilərsən, təki eyni Gmail hesabı olsun.
Tez-tez verilən suallar
Play Store «tətbiq tapılmadı» yazır. Nə edim?
Əvvəl 1-ci addımı — qrupa qoşulmanı — et, sonra bir neçə dəqiqə gözlə. Telefonunda bir neçə Google hesabı varsa, Play Store-da yuxarı sağdakı profil şəklinə bas və qrupa qoşulduğun hesabı seç.
iPhone-um var. Qoşula bilərəm?
Hələ yox — bu sınaq yalnız Android üçündür. iPhone versiyası sonra gələcək.
Pulludur? Qeydiyyat lazımdır?
Tamamilə pulsuzdur. Tətbiqi açmaq üçün hesab lazım deyil; istəsən sonra giriş edə bilərsən.
Qrup nə üçündür? Mənə məktub gələcək?
Qrup yalnız Google Play-in sınaq icazəsi üçündür. Ora məktub yazmırıq və reklam göndərmirik.
14 gündən sonra nə olur?
Tətbiq telefonunda qalır və yenilənmələri Play Store-dan adi qaydada alır. İstəsən istənilən vaxt silə bilərsən.
Səhv gördüm və ya fikrim var. Hara yazım?
Əlaqə səhifəsindən yaz — hər rəyi oxuyuruq.





