Raspberry Pi komandasının uzun fasilədən sonra PC və Mac üçün Raspberry Pi Desktop-ı yeniləməsi nəhayət başa çatıb. Artıq ən son Debian Trixie (amd64) bazasında 64-bit live image kimi yükləmək mümkündür.
Nə yenidir?
Yeni versiya tam olaraq Raspberry Pi OS Desktop ilə sinxronlaşdırılıb:
- Yenilənmiş Control Centre və yeni dock
- Əsas mühit kimi Debian Trixie 64-bit (amd64)
- Əvvəlki 32-bit PC dəstəyi dayandırılıb
- Son 15 il ərzində istehsal olunmuş əksər PC və Intel əsaslı Mac-larda işləyir
Təəssüf ki, Apple Silicon (M1/M2/M3 və s.) üçün Debian dəstəyi hələ eksperimental olduğuna görə bu image həmin cihazlarda praktik deyil.
Raspberry Pi Connect: eyni şəbəkədə vahid idarəetmə
Bu buraxılışa Raspberry Pi Connect client də daxildir. Beləliklə:
- PC və ya Mac üzərində çalışan Raspberry Pi Desktop-u,
- Şəbəkənizdəki Raspberry Pi plataları ilə birlikdə,
eyni Connect hesabından idarə edə bilərsiniz.
PC/Mac üçün quraşdırmada sizdən cihazı tanımaq üçün ad daxil etməyiniz xahiş olunur; bu ad Connect veb interfeysində cihaz siyahısında görünəcək və siz oradan screen sharing və ya remote terminal aça biləcəksiniz.
Quraşdırma: live USB və ya tam sistem
Raspberry Pi Desktop .iso faylı kimi paylanır:
- Image-i yükləyin və
dd, Raspberry Pi Imager, balenaEtcher və s. ilə USB fləş-ə yazın. - Kompüteri həmin USB-dən boot edin.
- Açılan menyudan “run with persistence” seçin – etdiyiniz dəyişikliklər yenidən həmin USB-yə yazılacaq.
- Ehtiyac olarsa, eyni menyudan persistence reset edib USB-ni təmiz ilkin vəziyyətə qaytara bilərsiniz.
Daha sonra masaüstündən və ya menyudakı Install Raspberry Pi OS bəndindən Calamares installer-i işə salıb sistemi kompüterinizin HDD/SSD-sinə tam quraşdıra bilərsiniz.
Image artıq rəsmi saytdan yüklənə bilər – köhnə noutbuku sınaq-laboratoriya Linux maşınına çevirmək üçün ideal seçimdir.
Mənbə: Raspberry Pi










