Almaniyanın Isar Aerospace startapı Avropa kosmik sənayesi üçün tarixi həddi keçdi: şirkət iki mərhələli Spectrum raketini Norveçdəki kosmodromdan aşağı Yer orbitinə (LEO) uğurla çıxarıb. Bu, Avropadan həyata keçirilən və tamamilə özəl kapital hesabına maliyyələşən ilk orbital buraxılışdır.
Ötən ilin martında ilk sınaq cəhdində raket cəmi 30 saniyə uçduqdan sonra dənizə düşərək partlamışdı. Yeni buraxılışda isə Spectrum bütün mərhələləri uğurla keçərək planlaşdırılan orbiti tutmağa nail olub.
Niyə bu buraxılış bu qədər önəmlidir?
Şirkətin CEO-su və həmtəsisçisi Daniel Metzler mətbuat açıqlamasında bildirib:
“Bu gün Isar Aerospace kontinental Avropadan kosmosa çıxışı açdı... Avropa artıq kosmosa suveren çıxışa malikdir. Avropa kosmonavtikasında yeni fəsilə qədəm qoyduq.”
İndiyə qədər Avropa əsasən dövlət tərəfindən güclü maliyyələşən Arianespace və Avio kimi operatorlardan asılı idi. Hazırkı geosiyasi şəraitdə bu asılılıq daha riskli görünür:
- ABŞ-la tərəfdaşlıq bəzi ölkələr üçün əvvəlki qədər etibarlı sayılmır;
- Ukraynaya təcavüzdən sonra Avropa Rusiya Soyuz raketlərinə çıxışını itirib;
- ESA (European Space Agency) siyasətində “buy European” prinsipi əsas xəttə çevrilib.
Bu kontekstdə Spectrum kimi tam kommersiya əsaslı daşıyıcı raket Avropa üçün yeni texnoloji və siyasi alət deməkdir. Kiçik peyklər, NewSpace startapları və hətta dövlət sifarişləri üçün indi ABŞ və ya digər oyunçulardan kənarda, qitədaxili alternativ buraxılış imkanı yaranır.
Əgər bu model özünü doğrultsa, yaxın illərdə Avropadan daha çox özəl orbital raket layihəsi görəcəyik – bu da embedded peyk platformaları, IoT konstellasiyaları və yeni kosmik xidmətlər üçün böyük imkanlar açır.
Mənbə: The Verge










