Python icması Python 3.15.0rc1 – yəni 3.15 seriyasının ilk release candidate versiyasını təqdim edib. Bu mərhələdən sonra yalnız nəzərdən keçirilmiş bug-fix dəyişikliklərinə icazə var, ABI artıq dondurulub. Növbəti mərhələ 3.15.0rc2 (2026-09-01), daha sonra isə final 3.15.0 olacaq.
Niyə embedded.az oxucuları üçün vacibdir?
Əgər siz mikrokontroller alət zəncirinizdə, build server-lərdə və ya test framework-lərinizdə Python-dan istifadə edirsinizsə, indi 3.15-ə hazırlaşmaq üçün ideal vaxtdır. Komanda bildirir ki:
- 3.15.0 release candidate üçün yığılan binary wheel-lər sonrakı 3.15.x versiyaları ilə işləyəcək;
- 3.15 hələ də production mühitlər üçün tövsiyə olunmur, amma CI, test və portinq işləri üçün uyğundur;
- Üçüncü tərəf layihə sahibləri PyPI-də 3.15 wheel dəstəyi əlavə etməyə təşviq olunur.
Əsas yeniliklər
3.15 seriyası 3.14-lə müqayisədə bir sıra ciddi yeniliklər gətirir:
- PEP 810 – explicit lazy imports sayəsində daha sürətli startup;
- PEP 814 – yeni
frozendictbuilt-in tipi; - PEP 661 –
sentinelbuilt-in tipi; - PEP 799 – profilinq alətlərini birləşdirən xüsusi profiling package və Tachyon yüksək tezlikli sampling profiler;
- PEP 831 – frame pointer‑lər defolt aktivdir, sistem səviyyəli müşahidə imkanı yaxşılaşıb;
- PEP 686 – Python üçün defolt kodlaşdırma artıq UTF‑8‑dir;
- PEP 798 – comprehension ifadələrində unpacking;
- PEP 803/820/793 – free-threaded yığımlar üçün stabil ABI və əlaqəli C API dəyişiklikləri;
- Yeni JIT compiler: x86‑64 Linux-da 8–9%, AArch64 macOS-da isə 12–13% performans artımı.
Bundan başqa, rəsmi Windows 64‑bit binariləri artıq tail-calling interpreter istifadə edir, macOS paketləri isə defolt olaraq free-threading dəstəyi ilə quraşdırılır. Səhv mesajları da daha informativ və "rəngli" edilib.
Daha ətraflı dəyişikliklər üçün What’s New in Python 3.15 sənədinə və PEP 790 buraxılış cədvəlinə baxmaq tövsiyə olunur. Səhvləri isə hər zaman CPython GitHub üzərindən bildirmək olar.
Mənbə: Python Insider










