Wireless-Tag WT32P4C5-43S ESP32 ekosistemində HMI və edge tətbiqlər üçün maraqlı yeni devkit təqdim edib. Bu plata 4.3" 800×480 TFT toxunma ekranını birbaşa üzərində daşıyır, ayrıca displey modulu qoşmağa ehtiyac qalmır.
Platanın mərkəzində ESP32-P4 əsaslı WT0132P4-A1-N16R32 moduludur. Burada:
- 400 MHz-ə qədər çalışan ikinüvəli RISC-V HP CPU (AI təlimat genişlənməsi və
single-precision FPUilə) - ayrıca aşağı istehlaklı RISC-V LP nüvəsi
- 768 KB daxili RAM
- qrafik interfeyslər və periferiya üçün geniş resurslar mövcuddur.
Simless əlaqə isə ayrıca ESP32-C5 (və ya istehsalçıya görə ESP32-C61) modulu ilə həll olunur. Bu modul:
- Wi‑Fi 6 (2.4/5 GHz, dual-band)
- Bluetooth LE
- 802.15.4
stəyi ilə klassik IoT-dən Thread/Zigbee şəbəkələrinə qədər müxtəlif ssenarilərə uyğundur.

LVGL qrafik interfeys demo ekranını göstərən WT32P4C5-43S 4.3" toxunma displey modulu — Şəkil: Wireless-Tag
Sənaye HMI, IoT panel və edge vision üçün nə verir?
WT32P4C5-43S təkcə displey deyil, tam bir embedded HMI platformasıdır:
- MIPI CSI (15-pin) kamera interfeysi – maşın görməsi, sadə AI vision, obyekt tanıma üçün sensor qoşmaq olur
- microSD slotu – qrafik resurslar, log fayllar, konfiqurasiya və media üçün əlavə yaddaş
- iki USB Type‑C portu – biri USB 2.0 High-Speed tətbiqlər üçün, digəri Debug/JTAG və firmware yükləmə üçün
- 14-pin GPIO header – rele modulları, sensor, əlavə plata üçün genişlənmə imkanı
4.3" toxunma ekranı ilə LVGL tipli qrafik kitabxanalar əsasında operator paneli, ağıllı ev kontrolleri, laboratoriya aləti interfeysi və s. kimi layihələri tez prototipləşdirmək olur.
Plata hazırda pre-order kimi elan olunub; istehsalçı nümunələrin noyabrın sonuna yaxın hazır olacağını bildirir. ESP32 ilə artıq işləyən və növbəti addımda daha ciddi HMI / Wi‑Fi 6 / dual-core RISC‑V platformasına keçmək istəyənlər üçün kifayət qədər cəlbedici seçimdir.
Mənbə: Wireless-Tag, CNX Software










